BAKI, 26 mart. TELEQRAF

Gürcüstan Daxili İşlər Nazirliyi dörd nəfər əcnəbi vətəndaşı həbs edib.

Teleqraf yerli saytlara istinadən xəbər verir ki, həmin şəxsləri narkotik ticarətində şübhəli bilinirlər.

Saxlanılanlar arasında Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşı var.

Onlar böyük həcmdə narkotik vasitələrin qeyri-qanuni əldə olunması və saxlanılmasında ittiham edilirlər.