GƏNCƏ, 26 mart. TELEQRAF

Gəncə şəhərində yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Ə.Hüseynovun idarə etdiyi "Chevrolet" markalı maşınla H.Quliyevin sükanı arxasında olduğu "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi davam edir.