
BAKI, 25 mart. TELEQRAF
Türkiyənin İsparta rayonunda bələdiyyə sədri Mustafa Özmen və daha 6 nəfər həbs olunub.
Teleqraf xəbər verir ki, İspartanın Gelendost qəsəbəaində müstəqil bələdiyyə sədri Mustafa Özmen və daha 6 nəfər aparılan məlum istintaq çərçivəsində saxlanılıblar.
31 Mart 2024-cü ildə bələdiyyə seçkilərində İYİ Partiyanın namizədi kimi qalib gələn Mustafa Özmen Meral Akşenerin istefasından sonra müstəqil bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib.