
BAKI, 24 mart. TELEQRAF
Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda 6 uşaq anası kənd meydanında əri tərəfindən silahla qətlə yetirilib.
Məlumata görə, 65 yaşlı A.E. 49 yaşlı həyat yoldaşı Nasibe E-yi silahla vurandan sonra hadisə yerindən qaçıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Şübhəlinin axtarışları davam etdirilir.