
BAKI, 20 mart. TELEQRAF
Rusiya Milli Qvardiyasının Baş İnformasiya Texnologiyaları Mərkəzinin rəisi Nikolay Çepkasov saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Agentliyin mənbəsi bildirib ki, məhkəmə yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçəcək.
Mənbə başqa təfərrüatı açıqlamayıb.
Çepkasovun rəhbərlik etdiyi mərkəz Rusiya Milli Qvardiyasının fəaliyyətinin əsas istiqamətlərinə cavabdehdir. Bura informasiya və telekommunikasiya infrastrukturunun inkişafı, dövlət xidmətlərinin avtomatlaşdırılması, idarələrarası elektron qarşılıqlı əlaqənin təşkili, kibertəhlükəsizliyin təmin edilməsi daxildir.