
GƏNCƏ, 18 mart. TELEQRAF
Gəncədə yol-nəqliyyat qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 22 yaşlı şəhər sakini N.Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.