ŞƏMKİR, 15 mart. TELEQRAF

Şəmkir rayonda zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Arzuman Məmmədzadə və onun həyat yoldaşı Mayisə Bayramova yaşadıqları ünvanda pomidor turşusundan zəhərləniblər.

Hər iki şəxs Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.