BAKI, 8 mart. TELEQRAF

Udmurtiyanın Dövlət Şurasının deputatı Viktor Dyakov intihar edib.

Teleqraf xəbər verir ki, bu barədə onun “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Otuz bir yaşlı deputat intihara cəhd etdikdən sonra xəstəxanaya aparılıb.

Mərhumun keçmiş həyat yoldaşı ilə münaqişə yaşadığı məlum olub. Deputatın sabiq arvadı V.Dyakovun onların birgə övladlarını oğurlamağa çalışdığını bildirirdi.