
BAKI, 8 mart. TELEQRAF
Moskva vilayətində qeyri-adi intihar hadisəsi baş verib.
Teleqraf “Moskovski Komsomolets”ə istinadən xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə sevdiyi qıza verdiyi hədiyyə 13 yaşlı oğlanın intiharına səbəb olub.
Nəşrin yazdığına görə, yeniyetməyə fevralın 23-də sevdiyi qız qulaqlıq hədiyyə edib. Oğlan da martın 8-də qıza bənzər hədiyyə almağı düşünüb.
Oğlanın anası qız üçün boyunbağı almağı təkif edib. Oğlan isə bu variantı rədd edib. Daha sonra qadın gözəl bir boşqab hədiyyə etməyi məsləhət bilib. Sonuncu variantla yeniyetmənin könülsüz olaraq razılaşdığı bildirilir.
Faciənin səbəbləri aydınlaşmasa da, rus oğlanın məhz ürəyincə olmayan hədiyyəyə görə canına qəsd etdiyi güman olunur.