
BAKI, 7 mart. TELEQRAF
Rusiyanın Moskva şəhərində “Crocus City Hall” konsert zalında terror aktı planlaşdırmaqda şübhəli bilinən Məhəmməd Şərifulla ABŞ-də saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, Məhəmməd Şərifulla Əfqanıstanda 13 amerikalı əsgərin ölümünə səbəb olan terror hücumunu təşkil etdiyinə görə həbs edilib.
Bundan başqa o, istintaq zamanı Moskvada “Crocus City Hall” konsert zalında baş verən terror hadisəsi zamanı ona bağlı olan terrorçulara əmr verdiyini də etiraf edib.
Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Şərifulla “Crocus”da törədilən terror aktından sonra həbs edilən 4 nəfərdən ikisinə əvvəllər də kriminal xarekterli göstərişlər verib.
Şərifullah martın 5-də Virciniya ştatında məhkəmə qarşısına çıxıb. Növbəti məhkəmə prosesi martın 10-da keçiriləcək.
Xatırladaq ki, “Crocus City Hall”da terror aktı 2024-cü il martın 22-də bir qrup silahlı yaraqlı tərəfindən törədilib. Terror aktı zamanı 145 nəfər ölüb, yüzlərlə insan yaralanıb.