BAKI, 7 mart. TELEQRAF

Ucar rayonunun Təzə Şilyan kəndində yanğın baş verib.

Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, əməliyyat şəraitinə uyğun həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15 hektar sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.