BAKI, 28 fevral. TELEQRAF

Məşhur amerikalı maliyyəçi və cinayətkar Cefri Epşteynlə bağlı məxfi sənədlər ictimaiyyətə açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

ABŞ-nin Baş prokuroru Pam Bondi tərəfindən ictimaiyyətə açıq elan olunan sənədlərdə Epşteynin cinayətləri ilə bağlı tükürpərdici məqamlar və onun tanınmış şəxslərlə əlaqələri yer alıb.

Xatırladaq ki, Epşteyn 2002-2005-ci illər arasında 36 nəfərə yaxın azyaşlı qızı Manhettendəki evində zorlamaqda və qətlə yetirməkdə ittiham olunub. Onun qurbanlarından ən kiçiyinin 14 yaşı olub.

Nyu-Yorkun Bruklin rayonunda doğulmuş Epşteyn kollec dərəcəsi olmasa da, Manhettendə Dalton məktəbində müəllimlik edib. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub. O, elit təbəqədən olan qadınları aldadaraq evinə aparıb və orada təcavüz etdikdən sonra qətlə yetirib.
O, 10 avqust 2019-cu ildə 66 yaşında türmədə ölüb.