BAKI, 27 fevral. TELEQRAF

"Krokus Siti"yə məlum terror aktı ilə bağlı 150-200 milyon dollar zərər dəyib.

Teleqraf xəbər verir ki, şirkət rəhbərinin oğlu Emin Ağalarov jurnalistlərlə söhbətində belə deyib.

***

04.55

"Krokus Siti Holl"un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov baş verən faciədən sonra ailəsinə ünvanlanan tənqidlərə münasibət bildirib.

Teleqraf Rusiya saytlarına istinadən xəbər verir ki, E.Ağalarov ittihamları əsassız adlandırıb.

O vurğulayıb: “Tənqidlərin və mənfi şərhlərin hamısı çox ədalətsiz idi. Əminəm ki, istintaq bütün faktları açıqlayacaq və vəziyyət aydınlaşacaq".

E.Ağalarov əlavə edib ki, ailəsi üçün baş verənlər şəxsi faciədir: “Sanki kimsə evinizə gəlib, insanlara atəş açıb, evinizi yandırıb. Bunu xatırlamaq dəhşətlidir".

Xatırladaq ki, ötən il martın 22-də Ağalarovlara məxsus olan və Moskva ətrafında yerləşən "Krokus Siti Holl"da terror aksiyası baş verib.