BAKI, 18 fevral. TELEQRAF

Şənbə günü Cənubi Afrikada homoseksuallığı müdafiə edən imam güllələnərək qətlə yetirilib.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, Şərqi Keyp əyalət polisi verdiyi açıqlamada 58 yaşlı Muhsin Hendrickin qətlinin motivinin aydın olmadığını bildirib.

Açıqlamada qeyd olunur ki, üzləri örtülmüş iki naməlum şəxs imamın olduğu avtomobili atəşə tutub və nəticədə o ölüb.

Təhlükəsizlik kamerasına düşən atışma anının videosu sosial şəbəkələrdə yayılıb.

Homoseksualların hüquqlarını müdafiə edən assosiasiya (ILGA World) Hendrickin qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olduğunu bildirib.

"ILGA World" ailəsi Muhsin Hendrickin öldürülməsi xəbərindən dərin şok içindədir və səlahiyyətliləri nifrət cinayətini hərtərəfli araşdırmaya çağırır",- deyə məlumatda qeyd olunur.

Cənubi Afrika Müsəlmanlarının Məhkəmə Şurası (MJC) bazar günü verdiyi açıqlamada "şokedici qətli" "birmənalı şəkildə" pisləyib .

“Muhsin Hendrickin eynicinsli münasibətlərlə bağlı fikirlərinə görə qətlə yetirildiyini hesab edirik. Onun mövqeyi İslam şəriətinə uyğun olmasa da, onun qətlini və LGBT icmasını hədəf alan hər hansı zorakılıq aktlarını birmənalı şəkildə pisləyirik”, - deyə MJC bildirib.