DAŞKƏSƏN, 17 fevral, TELEQRAF

"ZİL" Daşkəsən sakinlərinin üzərinə aşıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Daşkəsən rayonunun Tapan kənd sakini 1970-ci il təvəllüdlü Mahir Həsənova məxsus “ZİL” markalı avtomobil iki həmkəndlisinin üzərinə aşıb.

1986-cı il təvəllüdlü Hüseynov Emin İbrahim oğlu və 1993-cü il təvəllüdlü Cəfərov Taleh İmran oğlu "ZİL" markalı avtomobilin mühərrikini işə salmaq məqsədilə itələyən zaman nəqliyyat vasitəsinin anidən arxaya doğru hərəkətlənib. Nəticədə hər iki şəxs xəsarət alıb. Yaralılar Gəncə şəhərinə gətirilib.

Vəziyyətləri orta-ağırdır.