BAKI, 17 fevral. TELEQRAF

Moskvada yeddi yaşlı uşaq məşqçinin səhlənkarlığı ucbatından az qala boğulurmuş.

Teleqraf xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb .

Bildirilir ki, fövqəladə hadisə paytaxtın “Nadejda” idman kompleksinin hovuzunda baş verib. Məşqçinin başı telefonuna bərk qarışıb və uşağın hovuzun dibinə batdığını hiss etməyib.

Məlumata görə, uşaq bir neçə dəqiqə suyun altında qalıb. Onu təsadüfən qaçış zolağında məşq edən bir nəfər xilas edib.

Hadisə yerinə gələn işçilər ölüm ayağında olan uşağı həkim otağına aparıblar, lakin təcili yardım çağırmayıblar.

Nəticədə uşağın atası özü təcili yardıma zəng edib. Zərərçəkmiş ağır vəziyyətdə reanimasiyadadır. Valideynlər olayla bağlı polisə şikayət ediblər.