BAKI, 11 fevral. TELEQRAF
Quba rayonunda küçədən 47 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf xəbər verir ki, dünən saat 09 radələrində Quba şəhərinin ərazisində tapılan meyitin Möhüc kənd sakini əvvəllər (126 və 128-ci maddələrlə) məhkum olunmuş 1978-ci il təvəllüdlü Z.Məmmədşərifova aid olduğu aşkarlanıb.
Onun hansı səbəbdən ölməsi məlum deyil.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.