BAKI, 11 fevral. TELEQRAF

Bakı şəhər Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, MİDA yaşayış kompleksindəki 32 saylı binadan bir nəfər özünü atıb.

Həmin şəxs hadisə yerində ölüb.

İlkin araşdırmalarla intihar edən şəxsin Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Şirin Əhməd oğlu Eminov olması müəyyənləşib.

Belə ki, o, həmin binada qardaşının evinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.