BAKI, 11 fevral. TELEQRAF

Arizona ştatının Skottsdeyl hava limanında iki biznes təyyarəsinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, Bombardier Learjet eniş etdikdən sonra uçuş zolağından çıxıb və Gulfstream 2100 hava gəmisinə çırpılıb.

"ABC News"un məlumatına görə, 3 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölümcül xəsarət alıb. Bundan əlavə, təyyarələrdən birinin göyərtəsində bir nəfər sıxılmış vəziyyətdə qalıb.