![](https://teleqraf.az/storage/2025/02/10/715x378/foto.jpg)
GƏNCƏ, 10 fevral. TELEQRAF
Gəncə şəhər sakini evində qaz balonunun partlaması nəticəsində xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektindəki evlərdən birində baş verib.
65 yaşlı Eldar Həsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.