![](https://teleqraf.az/storage/2025/02/10/715x378/bicaql.jpg)
10 fevral, 23.42
Gəncədə dayı və bacıoğlu arasında baş verən bıçaqlanmanın bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hər iki şəxs Kəlbəcər rayon sakinidir və Gülüstan qəsəbəsi AKTA-6 adlanan yataqxanada məskunlaşıb.
Hadisə zamanı 38 yaşlı Ruslan Novruzlu və onun dayısı 56 yaşlı Knyaz Məmmədov içkili olublar.
Onların arasında mübahisə düşüb. Nəticədə dayı bacısı oğlunun döş qəfəsindən bıçaq zərbəsi endirib. R. Novruzlu da dayısına bıçaqla qarşılıq verib. K.Məmmədov yüngül xəsarətlər alıb. Yaralı R.Novruzlu xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Vəziyyəti orta-ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
***
10 fevral, 23.42
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA-6 adlanan ərazisində qeydə alınıb.
38 yaşlı Ruslan Novruzlu bıçaqlanıb.
İlkin məlumata görə, hadisəni onun dayısı,1969-cu il təvəllüdlü Knyaz Məmmədov törədib.
Faktla bağlı araşdırma başlanıb.