BAKI, 10 fevral. TELEQRAF

Bakıda narkotik tərkibli həb qəbul edərək zəhərlənən kişi xəstəxanada ölüb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 7-si saat 23 radələrində Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü R.H evdə qəbul etdiyi narkotik tərkibli dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardıma baxmayaraq o, fevralın 8-də ölüb.

Faktla bağlı araşdırma aparılır.