BAKI, 10 fevral. TELEQRAF

Bakıda küçədən kişi meyiti tapılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, meyit Nəsimi rayonu Mixail Kaveroçkin küçəsində aşkar edilib.

Araşdırmalarla müəyyən olunub ki, ölən şəxs Bakı şəhər sakini 1955-ci il təvllüdlü H.Ağaverdiyevdir.

Onun evsiz olduğu, küçələrdə gecələdiyi və soyuq hava şəraitində səhhətinin pisləşməsi nəticəsində öldüyü məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.