
BAKI. 10 fevral. TELEQRAF
Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Voerde şəhərində naməlum şəxs tərəfindən bıçaqlanan Türkiyə vətəndaşı Gülay Oğuz hadisə yerində dünyasını dəyişib.
Teleqraf "Haber7"yə istinadən xəbər verir ki, Duysburq polisinin verdiyi açıqlamaya görə, ötən gün axşam saatlarında naməlum şəxs tərəfindən bıçaqlanan 52 yaşlı qadının meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisənin səbəbi açıqlanmır.
Qatil hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.