
BAKI, 8 fevral. TELEQRAF
İstanbul Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən İŞİD-ə qarşı əməliyyat həyata keçirilib.
Teleqraf xəbər verir ki, şübhəlilərin tutulması üçün İstanbulun 4 rayonunda keçirilən əməliyyat zamanı ümumilikdə 48 nəfər saxlanılıb.
Onlardan 33 nəfəri həbs edilib, 15 nəfər isə məhkəmə nəzarəti altında olmaqla şərti azadlığa buraxılıb.