BAKI, 7 fevral. TELEQRAF

"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8% və Rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6% azalıb".

Teleqraf.com xəbər verir ki, bu barədə Hərbi Prokurorun böyük köməkçisi baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində Əmri icra etməmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsi), Fərarilik (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cü maddəsi), Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350-ci maddəsi), Maşınları idarəetmə və istismar qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351-ci maddəsi), Qəsdən sağlamlığa ağır zərər vurma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi) və Qəsdən adam öldürmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi) cinayətləri qeydə alınmayıb", - deyə Firad Əliyev qeyd edib.