
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməkdə təqsirli bilinən Bakı şəhər sakinləri Kənan Muxtarov və Rəşad Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəşad Qasımov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Kənan Muxtarovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək 7 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarov və Rəşad Qasımovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı onların “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə Cəmiyyətə külli miqdarda ziyan vurub.
Hacı Zeynalov