Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.

Teleqraf.com xəbər verir ki, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə Rəşad Məhərrəmov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.