Ötən gün Antalyanın Alanya rayonunda Ukrayna vətəndaşı Dmitri C onun 35 min avro pulunu oğurlayan azərbaycanlıları öldürüb.

Teleqraf.com xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb.

Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib. Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.