Sumqayıtda kütlə dava olub, xəsarət alanlar var.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Niyazi küçəsində baş verib.

10 yaxın naməlum şəxsin meyvə-tərəvəzlə məşğul olan Qərib adlı şəxslə mübahisəsi düşüb.Kütləvi dava zamanı naməlum şəxslər satıcıya ağır bədən xəsarətləri yetiriblər.

Hadisə yerinə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları cəlb olunub.

Davada iştirak edən şəxslərin 1-ci Polis bölməsinə aparıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır