Paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.