Oğuz rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Oğuz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Calud kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev tutulub.
Onun Oğuz rayonu ərazisində 1 traktordan və 1 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.