Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Nizami rayon ərazisində cari ilin yanvar-fevral ayları ərzində şəhər ərazisindəki köşklərin birindən və bir mağazadan tütün məmulatı, 4 evdən pul və məişət əşyaları oğurlanması barədə polisə məlumat verilib.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Sərdar Pənahov saxlanılıb.
Onun rayon ərazisində 3 avtomobildən pul və yan güzgüləri oğurlaması da müəyyən edilib.