Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbə sakini, 1967-ci il təvəllüdlü Nazilə Mustafayeva naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib, ona tibbi yardım göstərilib.

Qadının kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı cinayət işibaşlanıb.