Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki orta məktəblərdən birində 24 ədəd kompüterin prosessorunun plataları sökülərək oğurlanıb.

Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini olan bir yeniyetmə tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.