Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaməddin Abışov saxlanılıb.

Baxış zamanı onun evindən 2 kiloqram 195 qram marixuana aşkar edilərək götürülüb.

Qaməddin Abışovun əvvəllərdə eyni əmələ görə məhkum olunduğu bildirilir.

Daha bir əməliyyatı Masallı rayonunda keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Əsədullayev həbs edilib.

Onun həyətindən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 760 qram marixuana aşkar edilib. İlham Əsədullayevin də əvvəllər məhkum olunduğu qeyd olunub.