Teleqraf.com xəbər verir ki, oğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.

Onların mart-iyul ayları ərzində şəhər ərazisindəki 5 evdən məişət əşyaları və inşaat materialları, həmçinin 2015-2016-cı illər ərzində şəhər ərazisindəki 1 mağazadan və 1 evdən məişət əşyaları, inşaat materialları, tütün məmulatı və spirtli içki oğurlamaları müəyyən edilib.