Teleqraf.com xəbər verir ki, Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş Arzu Namazov münaqişə zəminində arvadı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.

Arzu Namazov Ağsatafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Daha bir ağır cinayət hadisəsi Neftçala rayonunda baş verib. Xolqarabucaq kəndində ruhi xəstə Əlibala Səfərov evində ögey anası Bahar Mərdiyevanın boğaz, çiyin və digər nahiyələrinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.

Əlibaba Səfərov Neftçala rayon polis şöbəsi əməkdaşları tərəfindən tutulub.

Hər iki fakt üzrə araşdırma aparılır.