Teleqraf.com xəbər verir ki, “Volksvagen” markalı avtomobildən 2800 ABŞ dollar oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Aynur Cəbrayılzadə tutulub.

Faktla bağlı cinayət işi başlanıb.