Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının mobil telefonu oğurlanıb.

Zərərçəkmiş oğurluq hadisəsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Aygün Əliyeva tutulub.