Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsinin əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Elşən Kərimov, Mehdi Mahmudov və Azər Qurbanov tutulublar.
Dəstə üzvləri bu il mayın 21-də şəhər ərazisindəki mağazalardan birindən 70 manat oğurlamaqda şübhəli biliniblər.
Araşdırmalar zamanı onların aprelin 7-dən mayın 23-dək müddətdə şəhər ərazisində 10 evdən məişət əşyaları və təmir-tikinti alətləri, habelə 7 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndiricilər oğurlamaları da müəyyən edilib.
Dəstə üzvlərindən Azər Qurbanovun əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.