Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Emilya Həşimovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.
İş üzrə zərərçəkən şəxslər onlara dəymiş ziyanım ödənilməsini istəyib.
Təqsirləndirilən şəxs ödəniş etmək istədiyini deyib, bunun üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses iyunun 22-də davam edəcək.
İttihama görə, Emilya Həşimovanın cinayət işi üzrə 10 zərərçəkmiş var. Qadın onların bəzilərini işə düzəltmək, bəzilərinə əlillərin binasından ev almaq adı ilə aldadıb.
Ümumilikdə cinayət işində 101 min manat ziyan var.
Emilya Həşimiva əvvəllər dələduzluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Daha sonra amnistiya düşüb və 2013-cü ildə azadlığa çıxıb.