Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Sərdar Səmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Sərdar Səmədov onunla rəsmi nikahda olan, lakin faktiki ayrı yaşayan həyat yoldaşı Baysaba Səmədova ilə mübahisə edib. O, həyat yoldaşı və qızı Nigar Səmədovanı qisas məqsədi ilə öldürmək qərarına gəlib. 9 yanvar 2017-ci ildə axşam saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədəki mənzilə gələrək hasardan aşıb, pilləkənlərin arxasında gizlənərək qızının işdən qayıtmasını gözləyib.
Nigar Səmədova həyətə daxil olub evin qapısını döymək istədikdə onun üstünə hücum çəkib, bıçaqla çoxsaylı xəsarətlər yetirib. Səs-küyə qızının köməyinə gələn arvadı Baysabaya da bir neçə bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ana-balanı Kliniki Tibbi Mərkəzə aparıblar. Onların həyatını xilas etmək mümkün olub.