Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə haqqında həbs qətimkan tədbiri seçilmiş İlqar Mirzəyev müstəntiqin qərarı ilə azadlığa çıxıb.
İttihamın mahiyyəti ondan ibarət idi ki, B.Mehriban adlı xanım öz sevgilisi olan İlqar Mirzəyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Qadın ərizəsində yazıb ki, İlqar Mirzəyev külli miqdarda pul tələbi ilə onu şantaj edib.
İlqar Mirzəyev guya qadından 100 min dollar dəyərində avtomobilini və hər ay 3 min manat pul verməyi tələb edib.
İlqar Mirzəyevin vəkili Adəm Məmmədov Teleqraf.com-a bildirib ki, hüquqlarını müdafiə etdiyi İlqar Mitrzəyevi ittiham olunduğu maddə ilə 10 ildən 15-dək azadlıqdan məhrumetmə cəzası gözləyirdi: “Vəsatətim əsasında İlqar Mirzəyevlə qadın arasında üzləşmə aparıldı. İntiqam almaq məqsəd güdən qadının qeyr-səmimi olduğu aşkarlandı. Qadın suallar qarşısında aciz qaldı”.
Vəkil qeyd edib ki, iyunun 12-də 8 ay həbsdə saxlanılmış hüquqlarını müdafiə etdiyi İlqar Mirəzyev müstəntiqin qərarı ilə azadlığa buraxılıb.