Bakıda parkda kişi meyiti tapılıb.
Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 28-də Binəqədi qəsəbəsinin ərazisində yerləşən parkda Zərdab rayon sakini Namiq Ağayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Zərdab rayon sakini Şəhriyar Əhədov tutulub.