BAKI, 25 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunacaq sazişin hələ tam razılaşdırılmadığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Amerika lideri qeyd edib ki, İranla hər hansı razılaşma əldə olunarsa, bu, yaxşı və düzgün saziş olacaq.
O, keçmiş ABŞ Prezidenti Barak Obamanın dövründə İranla bağlanmış razılaşmanı tənqid edərək bildirib ki, həmin saziş Tehrana böyük həcmdə nağd vəsait verib və nüvə silahına aparan yolu açıb.
“Bizim sazişimiz bunun tam əksidir. Amma hələ heç kim onu görməyib, heç kim nədən ibarət olduğunu bilmir. Çünki razılaşma tam yekunlaşdırılmayıb”, - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti həmçinin onu tənqid edən şəxsləri uğursuzlar adlandıraraq, özündən əvvəlki rəhbərlərdən fərqli olaraq pis razılaşmalar imzalamadığını bildirib.