BAKI, 24 may. TELEQRAF
Konqo Demokratik Respublikasında hava əlaqəsinin dayandırılması qərarı Ebola virusunun ölkədə yayılmasının qarşısını ala bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, virus artıq Konqonun daha üç əyalətində yayılmağa başlayıb.
Bildirilir ki, ölkə hakimiyyəti indiyədək 91 təsdiqlənmiş Ebola yoluxması, 867 ehtimal olunan yoluxma və 204 mümkün ölüm halı qeydə alıb.