BAKI, 24 may. TELEQRAF

Fransada 27 avtomobil oğurluğunda şübhəli bilinən cinayətkar dəstənin üzvləri saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Paris prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları oğurlanan 21 nəqliyyat vasitəsini aşkar edə bilib.

Bildirilir ki, oğurlanan avtomobillərin ümumi dəyəri təxminən 2 milyon avro təşkil edir.

Qəzetin yazdığına görə, oğurluq hadisələrində ümumilikdə 50-yə yaxın şəxs iştirak edib. Onlardan 12-si barəsində həbs qətimkan tədbiri seçilib.