BAKI, 24 may. TELEQRAF

Anqolanın şimal-qərbində yerləşən qızıl mədənində torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Anqolanın Milli Radiosu (RNA) məlumat yayıb.

Məlumata görə, qızıl hasilatı həmin mədəndə qanunsuz şəkildə aparılıb. Ölən şəxslərin 18-40 yaş aralığında kişilər olduğu bildirilir.

Hazırda hadisə yerində itkin düşən daha iki nəfərin axtarışları davam etdirilir.

Qəza nəticəsində sağ qalan üç nəfər isə Kaşito xəstəxanasında tibbi yardım alır.