BAKI, 25 may. TELEQRAF

Londonun ICE birjasında 2026-cı ilin iyul ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti mayın 11-dən bəri ilk dəfə 99 dollardan aşağı enib.

Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 4,58 faiz ucuzlaşaraq bir barel üçün 98,80 dollar olub.